Vahid rəqəmsal platforma

Bir SİMA.
Bir neçə rəqəmsal həll.

Şəxsiyyətin təsdiqi, sənədlərin imzalanması, girişə nəzarət və biometrik ödəniş — hamısı vahid platformada.

SİMA İmza ↗
Sənəd imzalandı Təsdiqləndi
Elektron imza 09:12
SİMA KYC ↗
Şəxsiyyət yoxlaması Uğurlu
Canlılıq təsdiqləndi ✓
SİMA AccessGiriş təsdiqləndi ✓
SİMA PayBiometrik ödəniş
✦ SİMA
SİMA ilə rəqəmsal identifikasiya

Kimliyin təsdiqlənir

Üz tanıma ilə sürətli yoxlama

✓Üz tanıma aparılır

Rəqəmlərlə SİMA

SİMA ekosisteminin ölçüsü və əhatəsi barədə əsas göstəricilər.

Göstəricilər 2026-cı ilin avqust ayına aiddir.

Beş həll, bir platforma

Hər həll şəxsiyyətin təsdiqinə xidmət edir; fərq tətbiq üsulundadır.

Bütün məhsullar

Sənədlər istənilən yerdən imzalanır

Müqavilə, ərizə və bəyannamə mobil cihazda, filiala müraciət etmədən təsdiqlənir.

Hüquqi qüvvə əl imzasına bərabərdir

Qanunvericiliyə əsasən əl imzası və möhürlə imzalanan sənədə bərabər tutulur.

Elektron imza haqqında QanunÜztanıma və PIN ilə təsdiqSertifikatın müddəti üç ildir

İnternet bağlantısı tələb olunmur

Toplu imzalama və sənəd yoxlaması oflayn rejimdə aparılır.

Fiziki daşıyıcı ilə qorunur

Açıq açar infrastrukturu üzərində qurulub; üztanıma tələb etmir.

Açıq açar infrastrukturuEDOC və ADOC formatlarıPIN qorunması

Müştəri uzaqdan tanınır

Hesab açılışı və identifikasiya filial iştirakı olmadan tamamlanır.

Üç fərqli yoxlama metodu

Avtomatik üztanıma, operatorla videozəng və ya videoyazı seçimləri mövcuddur.

Canlılıq yoxlamasıBiometrik informasiya QanunuAPI və SDK ilə inteqrasiya

Girişə üztanıma ilə nəzarət

Kart və açar tələb olunmur; əməkdaş, qonaq və podratçı üçün ayrı icazə səviyyələri müəyyən edilir.

Hər keçid qeydə alınır

Giriş-çıxış hesabatları, qara siyahı və iş vaxtı uçotu dəstəklənir.

Turniket inteqrasiyasıQara siyahı idarəetməsiİş vaxtı hesabatları

Kart və nağd pul tələb olunmur

Müştəri kassada üztanıma ilə identifikasiya olunur və əməliyyat tamamlanır.

Mövcud sistemlərə inteqrasiya olunur

Kassa və POS avadanlığı ilə uyğun işləyir.

Canlılıq yoxlamasıKassa və POS inteqrasiyasıSeçilmiş məntəqələrdə

SİMA harada işləyir?

1000-dən çox dövlət və özəl xidmət platforma ilə inteqrasiya olunub: dövlət portalları, banklar, sığorta şirkətləri, operatorlar və universitetlər.

Tam siyahı

Bu ad üzrə nəticə tapılmadı. Fərqli yazılış sınayın və ya bizə məlumat verin.

Siyahı həftəlik yenilənir

Fərdi istifadəçilər və qurumlar üçün

Fərdi istifadə və qurum inteqrasiyası üçün şərtlər fərqlidir.

Fərdi istifadə

Vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu əməkdaşı.

  • Sənədlər istənilən yerdən imzalanır
  • Xidmətlərə parol tələb olunmadan giriş
  • Hesab açılışında şəxsiyyətin uzaqdan təsdiqi
  • Alınan sənədin həqiqiliyinin yoxlanması
Vətəndaş üçün pulsuz Sahibkar və hüquqi şəxslər üçün: ayda 2.40 ₼, ildə 25 ₼, üç ilə 55 ₼. 6AYPULSUZ promokodu ilk altı ayı əhatə edir.

Qurumlar üçün

Bank, sığorta, telekom, ticarət şəbəkələri və dövlət qurumları.

  • Müştərinin filial olmadan tanınması
  • Müqavilələrin hüquqi qüvvə ilə onlayn imzalanması
  • Ofisə girişin üztanıma ilə idarə olunması
  • Biometrik identifikasiya ilə ödənişin qəbulu
Fərdi təklif Həll, həcm və inteqrasiya modelinə əsasən müəyyən edilir. Test mühiti pulsuzdur.

Sənədin həqiqiliyini yoxlayın

İmzalayan şəxs, imza tarixi və sonrakı dəyişikliklər barədə məlumat göstərilir.

Xidmət SİMA istifadəçisi olmayan şəxslər üçün də açıqdır.

Sənədi yükləyin

Eyni anda bir neçə sənəd yoxlanıla bilər

EDOC, ADOC və PAdES formatları
Etibar

Nəyə görə etibarlıdır?

Məlumatların qorunması, nəzarət strukturu və hüquqi status barədə.

Biometrik təqlid mümkün deyil

Hər üztanımada canlılıq yoxlaması aparılır; şəkil, video və ya maska ilə keçid mümkün deyil.

Biometrik məlumat ötürülmür

Üz məlumatı şifrələnmiş formada saxlanılır. Tərəfdaş qurum yalnız yoxlamanın nəticəsini alır.

Hüquqi qüvvə təsdiqlənib

İmzalanan sənəd qanunvericiliyə əsasən əl imzası və möhürlə imzalanan sənədə bərabər tutulur.

Əməliyyatlar qeydə alınır

İmzalanma, keçid və ödəniş əməliyyatları zaman damğası ilə qeydə alınır və yoxlanıla bilər.

Dövlət infrastrukturunda

Platforma AzInTelecom tərəfindən idarə olunur, məlumatlar Azərbaycan hüdudlarında saxlanılır.

Qanunvericilik çərçivəsində

Elektron imza, elektron sənəd və biometrik informasiya haqqında qanunlar əsasında fəaliyyət göstərir.

Xəbərlər və yeniliklər

Bütün xəbərlər